• cümə, 19 Aprel, 07:59
  • Baku Bakı 13°C

Tramp Konqresə bildiriş məktubu göndərib

09.04.17 09:24 724
Tramp Konqresə bildiriş məktubu göndərib
ABŞ prezidenti Donald Tramp Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.
APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezidentSuriyahakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki "Şayrat” aerodromuna 59 raket atıb.
Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.
banner

Oxşar Xəbərlər