Tramp: “Suriyanı tez də vura bilərik, gec də”
ABŞ prezidenti Donald TrampSuriyaya hücumla bağlı yeni açıqlama yayıb.
APA-nın xəbərinə görə, Tramp özünün "Twitter” səhifəsində əməliyyatın vaxtının hələlik müəyyənləşmədiyini yazıb:"Suriyanı çox tezliklə də vura da bilərik, gec də vura bilərik. Nə vaxt hücum edəcəyimizi heç vaxt deməmişəm. Mənim rəhbərliyimdə ABŞSuriyadan İŞİD-in çıxarılması üçün böyük işlər görüb. Haqqımız olan "Təşəkkür edirik, Amerika!” ifadəsini isə eşitmirik”.