• cümə axşamı, 28 mart, 19:13
  • Baku Bakı 13°C

Tramp: Şimali Koreya raketləri məhv edəcək

12.06.18 16:00 621
Tramp: Şimali Koreya raketləri məhv edəcək
Şimali Koreya artıq raket mühərriklərinin sınaqdan keçirildiyi poliqonu məhv edib, daha sonra isə raketləri də məhv edəcək.
Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib ki, Şimali Koreya rəhbəri Kim Çen In ölkədə iri raket poliqonunun məhv edildiyini onun özünə bildirib:
"Bu, çox böyük işdir. Tezliklə orada sınaqdan keçirilən raketlər məhv ediləcək”.
ABŞ Prezidenti əlavə edib ki, bu məlumat birgə bəyanatda yer almayıb, çünki razılaşma sənəd imzalandıqdan sonra əldə edilib.
banner

Oxşar Xəbərlər