AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tramp seçkilərdə Baydenin qalib gəlmədiyini növbəti dəfə iddia edib

Tramp seçkilərdə Baydenin qalib gəlmədiyini növbəti dəfə iddia edib

Təfsilat
22 Noyabr 2020, 11:30 142
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlıya yol verildiyi barədə məlumatlara malik olduqlarını bəyan edib.
 
APA-nın məlumatına görə, D. Tramp "Twitter” hesabında yazıb ki, tərəfdarları yüz minlərlə seçki saxtakarlığı aşkarladığı halda Co Baydenin sürətlə kabinet formalaşdırması təəccüblüdür.
 
ABŞ Prezidenti qeyd edib ki, aşkarlanan saxtakarlıqlar 4 ştatda səsvermənin nəticələrini dəyişmək üçün yetərlidir və bu, ona qələbəni təmin edəcək: "Ümid edirəm ki, məhkəmələr və qanunvericilər bunu təmin edəcək və seçkilərin nəticələrinə yenidən baxılacaq”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, ancaq səslərin sayılması hələ başa çatmayıb. ABŞ mətbuatı seçkilərdə Demokrat Partiyanın namizədi C. Baydenin qalib gəldiyini bildirir. Bir çox dünya liderləri artıq C. Baydeni təbrik edib.