• cümə axşamı, 25 aprel, 09:58
  • Baku Bakı 14°C

Tramp Putini Vaşinqtona dəvət edib

20.07.18 09:15 348
Tramp Putini Vaşinqtona dəvət edib
ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısıVladimir Putini bu ilin payızında Vaşinqtona səfər etməyə dəvət edib.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün "Twitter” hesabında yazıb.
"Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, S.Sanders yazıb.
banner

Oxşar Xəbərlər