• cümə, 29 Mart, 11:56
  • Baku Bakı 5°C

Tramp Putini təbrik edib

20.03.18 22:00 406
Tramp Putini təbrik edib
Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidentiVladimir Putinarasında telefon danışığı olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Ev telefon danışığının olduğunu təsdiqləyib.

D. Tramp prezident seçkilərində qələbə münasibəti ilə V. Putinin təbrik edib.

Qeyd edək ki, bundan əvvəl D. Trampın köməkçisi Xoqan Qidli ABŞ prezidentinin hələ ki, Rusiyada prezident seçkilərində qələbəsi ilə bağlı V. Putinlə telefonla danışmağı planlaşdırmadığını bildirmişdi.

Rusiyada prezident seçkiləri martın 18-də keçirilib və hazırkı prezident V. Putin 76,68 faiz səs toplayıb.
banner

Oxşar Xəbərlər