• çərşənbə, 24 Aprel, 15:20
  • Baku Bakı 27°C

Tramp prezidentlikdən sonra televiziyaya qayıtmayacağını açıqlayıb

10.11.19 13:00 972
Tramp prezidentlikdən sonra televiziyaya qayıtmayacağını açıqlayıb
ABŞ lideri Donald Tramp prezidentlikdən getdikdən sonra hansıişlə məşğul olacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Tramp ölkə başçısı vəzifəsindən getdikdən sonra televiziyaya qayıtmayacağını deyib.
"Daily Beast” portalı bir müddət əvvəl məlumat yayıb ki, ABŞ lideri populyar The Apprentice ("Şagird") teleşousunun yaradıcı Mark Barnettlə telelayihədə iştirak imkanlarını müzakirə edib. Lakin Tramp prezident postunu tərk etdikdən sonra yenidən televiziyaya qayıdacağı ilə bağlı məlumatları təkzib edib: "Bu doğru deyil, belə bir söhbət olmayıb".
Tramp etiraf edib ki, onun hətta televiziya haqqında düşünməyə belə vaxtı yoxdur.
banner

Oxşar Xəbərlər