• cümə axşamı, 18 aprel, 05:57
  • Baku Bakı 15°C

Tramp prezident postunda atacağı ilk addımlardan danışıb

22.11.16 10:33 826
Tramp prezident postunda atacağı ilk addımlardan danışıb
Donald Tramp yaydığı videomüraciətdə prezident postunda atacağı ilk addımlardan danışıb.
APA-nın məlumatına görə, ABŞ-ın yeni seçilən prezidenti ilk növbədə ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasındançıxmaprosedurunu işə salmaq niyyətindədir.
O, həmçinin kiber hücumlara qarşı geniş müdafiə tədbirlərinin həyata keçiriləcəyini, enerji resurslarının işlənilməsi layihələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını bildirib.
Tramp həmçinin ölkədə lobbiçilərin fəaliyyətlərinin məhdudlaşdırılmasına yönələn planın həyata keçiriləcəyini və miqrantlara qarşı hakimiyyətin nəzarətini gücləndirəcək sistem hazırlayacağını bildirib.
banner

Oxşar Xəbərlər