• çərşənbə, 24 Aprel, 23:28
  • Baku Bakı 23°C

Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib

18.01.18 10:10 463
Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib
ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
İsrailin baş naziriBenyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: "Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.
B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.
Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.
banner

Oxşar Xəbərlər