• çərşənbə, 24 Aprel, 07:11
  • Baku Bakı 13°C

Tramp NATO-nu kəskin tənqid edib

12.07.18 21:37 476
Tramp NATO-nu kəskin tənqid edib
Dünən Belçika paytaxtında keçirilən NATO-nun sayca 29-cusammiti qalmaqallı çıxışlarla və ittihamlarla müşayiət olunub. Belə ki, ABŞ prezidentiDonald Tramp ənənəsinə sadiq qalaraqalyansı yenidən kəskin tənqid etməyə başlayıb. Vəziyyəti belə görən NATO liderləri alyans üzvü olmayan Ukrayna və Gürcüstan prezidentlərini zaldan çıxmağa çağırıblar. Bundan sonra müttəfiqlərin öncədən planlaşdırılmayan görüşü başlanıb. "Reuters” adı çəkilməyən iki mənbəyə istinadla yazır ki, Tramp toplantıda NATO müttəfiqlərini müdafiə xərcləri, Avropanın ticarət praktikasıyla bağlı sərt tənqid edib.
"Tramp tərəfdaşlarını ölkəsinin NATO-dan çıxması ilə hədələyib”. Bunu Almaniyanın "dpa” agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyənmənbələr bildirib. Lakin sonradan bu xəbər təkzib edilib. İclas gedən vaxt Tramp tvitində yazıb ki, NATO ölkələri"ÜDM-nin 2 faizini 2025-ci ilədək deyil, dərhal ödəməlidirlər”. Tramp başqa bir tvitində yazıb:"ABŞ Avropaya yardım olaraq on milyardlarla dollar ayırır və ticarətdə xeyli itki verir!” ABŞ prezidenti daha öncə NATO üzvlərini 2014-cü ildə götürülmüş öhdəliyə əməl etməyə, 2024-cü ilin sonunadək ümumdaxili məhsulun 2 faizini müdafiəyə xərcləməyə çağırıb. O, iyulun 11-də avropalı həmkarlarını lap karıxdırıb, deyib ki, hərbi xərcləri ikiqat artırmalı – ÜDM-nin 4 faizinə çatdırmalıdırlar. NATO-nun statistikasına görə, bu, Birləşmiş Ştatların hazırda xərclədiyindən çoxdur.
Gərginliyə baxmayaraq, sammitin yekununda keçirilən mətbuat konfransında Tramp NATOölkələrinin hərbi xərclərini görünməmiş həddə qədər yüksəltmək barədə razılığa gəldiklərini açıqlayıb: "Ciddi irəliləyişə nail olunub. Hər kəs öz ödənişlərinin səviyyəsini əvvəllər təsəvvür edilməyəcək qədər yüksəltmək barədə razılığa gəldi”, - deyə ABŞ prezidenti söyləyib. O bildirib ki, il ərzində NATO ölkələri hərbi xərclərini 33 milyard dollar artırıb: "ABŞNATO-da qalır və bizim ittifaqa bağlılığımız çox möhkəmdir”.
Bir faktı da qeyd edək ki, Alyansın bu sammiti Vaşinqtonla onun Avropa müttəfiqləri arasında fikir ixtilaflarının kəskinləşdiyi bir vaxta təsadüf edib. Tramp bundan əvvəl çıxışında Almaniya kansleri Merkelin üzərinə birbaşa hücuma keçərək Almaniyanı "Rusiyanın əsiri” olmaqda günahlandırmışdı. Lakin alyans sammitin sonunda qəbul edilmiş birgə bəyanatında bir sıra mühüm məsələlərdə vahid cəbhə nümayiş etdirməyə çalışıb. Bu məsələlərdən ən əhəmiyyətlisi NATO nizamnaməsinin 5-ci maddəsi idi. Tramp əvvəllər alyans nizamnaməsinin bu maddəsini şübhə altına alıb. 5-ci maddə NATO-nun bir üzvünün hücuma məruz qaldığı halda, qalan bütün üzvlərin onun müdafiəsinə gəlməsini tələb edir. Bu sammitdə NATO-nun baş katibi Yens Stoltenberq Trampa dəstək verərək alyans üzvlərini NATO-ya maliyyə töhfəsini artırmağa çağırıb.
Bu sammitdə Makedoniyanın alyansa üzvlük üçün danışıqlara dəvət edilməsi barədə qərar qəbul edilib. Əgər bu niyyət baş tutsa, Makedoniya NATO-nun 30-cu üzvü olacaq.
Sammitdə maraqlı məqam Merkellə təkbətək görüşdən sonra Trampın jurnalistlərə söylədiyi fikirlər olub. O deyib ki, Merkellə təkbətək söhbət zamanı Almaniyanın hərbi xərcləri və Berlin və Moskva arasında Rusiyanın "Şimal axını-2” təbii qaz kəməri razılaşması məsələlərini qaldırıb. Tramp israr edib ki, onun Almaniya kansleri ilə "çox yaxşı” münasibətləri var. Merkel isə ABŞ prezidentinin Rusiyayla qaz kəməri layihəsi barədə tənqidini rədd edib və deyib ki, Almaniya "müstəqil qərarlar” verə bilər. Maraqlı həm də o olub ki, Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkeli müdafiə edib. "Röyter” xəbər verir ki, Makron Trampla görüşü zamanı Almaniyanın Rusiyadan asılı olmadığını deyib.
Postsovet ölkələri də diqqətdən kənarda qalmayıb. "NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır”. Bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir. "Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur”, - sənəddə deyilir. Eyni zamanda, sammit iştirakçıları bildiriblər ki, Rusiya iləəvvəlki kimikonstruktiv dialoqa hazırdırlar. Bəyannamədə NATO-nun Şərq Tərəfdaşları - Gürcüstan, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinaya dəstək əksini tapıb. NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib ki, Gürcüstan NATO-nun üzvü olacaq. Baş katib bildirib ki, NATO Gürcüstanın Avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: "NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur”. Y.Stoltenberq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: "Dünən alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik”. G.Marqvelaşvili isə Gürcüstanın NATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: "Gürcüstan NATO ilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır”.
Rusiyanın məsələyə mövqeyi dərhal olub. "Nə qədər ki faydasız hərbi blok bizi provokasiyada ittiham edir və bizə diş qıcayır, Dünya Çempionatına baxmağa davam edək”. Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb. Qeyd edək ki, NATO-nun Brüssel sammitində yayımlanan bəyanatda Rusiyanın ittifaq sərhədlərində (Kalininqradda) provokasiyaya hazırlaşdığı deyilir.

Azər
banner

Oxşar Xəbərlər