AZE | RUS | ENG |

Tramp NATO ölkələrindən müdafiə xərclərinin artırılmasını tələb edib

Tramp NATO ölkələrindən müdafiə xərclərinin artırılmasını tələb edib
ABŞ prezidenti Donald Tramp NATO-ya üzv ölkələrdən müdafiə xərclərinin artırılmasını tələb edib.
 
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti öz Twitter səhifəsində yazıb.

D.Tramp bildirib: "Əgər Almaniya Rusiyaya qaz və enerji daşıyıcılarına görə milyardlarla dollar ödədiyi halda NATO-da nə yaxşı şey var? Niyə 29 ölkədən yalnız 5-i öz öhdəliklərini yerinə yetirir? ABŞ Avropanın müdafiəsi üçün pul ödəyir və sonra ticarətdə milyardlar itirir. Onlar ÜDM-dan 2 faizi 2025 il üçün yox, dərhal ödəməlidirlər".
 
Qeyd edək ki, daha əvvəl Alamniyanın kansleri Angela Merkel bildirmişdi ki, onun ölkəsi 2025-ci il üçün müdafiə üçün ÜDM-dan 1,5 faiz ödəyəcək. Fransa xarici işlər nazirliyi 2025-ci ilə qədər müdafiə xərclərini ÜDM-dan 2 faizə qədər artıracaqlarını bildirmişdilər.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN