• çərşənbə, 24 Aprel, 13:15
  • Baku Bakı 27°C

Tramp: “NATO ölkələri ABŞ-ın müdafiə xərclərini ödəməlidirlər”

11.07.18 10:15 364
Tramp: “NATO ölkələri ABŞ-ın müdafiə xərclərini ödəməlidirlər”
"NATOölkələri ABŞ-ın müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidirlər”. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald TrampNATOsammitinə yollanarkən "Twitter” səhifəsində yazıb.
"NATO-ya üzv olan və bizim qoruyacağımız bir çox ölkə nəinki "2 faiz” öhdəliyini (müdafiə xərclərinin ÜDM-in 2 faizi həcminədək çatdırılmasına dair öhdəlik-red.) icra etmirlər, hətta vaxtı ilə ödənilməyən vəsaitləri uzun illərdir ödəmirlər. Onlar həmin vəsaitləri ABŞ-a ödəyəcəklər?”, - deyə D.Tramp qeyd edib.
Qeyd edək ki,NATOsammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək.
Xatırladaq ki,NATOölkələri 2014-cü il tarixli Buxarest razılaşmasına əsasən, müdafiə xərclərini Ümumi daxili məhsulun (ÜDM) 2 faizi həcminədək çatdırılmasına dair üzərilərinə öhdəlik götürüb. D.Tramp dəfələrlə Alyans üzvlərindən həmin öhdəlikləri yerinə yetirməyi tələb edib. Əks halda ABŞ-ınNATOölkələrinin təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramlardan çıxacağı ilə hədələyib.
banner

Oxşar Xəbərlər