• cümə, 29 Mart, 04:49
  • Baku Bakı 7°C

Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib

24.06.19 13:30 349
Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib
ABŞ Prezidenti Donald Tramp qeyri-leqal miqrantların kütləvi şəkildə deportasiyasını təxirə salmağı qərara alıb.
AZƏRTACxəbər verir ki, Donald Tramp qeyri-leqal miqrantlar barəsində təxirə salınmaz tədbirlər görüləcəyini elan edəndən sonra ABŞ -ın Miqrasiya və Gömrük Polisi (ICE) iyunun 23-dən etibarən deportasiya prosesinin icrasına başlamağı planlaşdırırdı, lakin bu gün Ağ Evin tvitter səhifəsində Trampın belə bir bəyanatı yerləşdirilib ki, Prezident qeyri-leqal miqrantların ölkədən çıxarılmasını prosesini demokratların xahişi ilə iki həftə təxirə salmağı qərara alıb.
Tramp vəd edib ki, əgər bu iki həftə ərzində demokratlarla respublikaçılar ölkənin cənub sərhədində sığınacaqlarla bağlı problemlərin həlli barədə razılığa gələ bilməsələr Prezident öz sərəncamının icrası məsələsinə qayıdacaq.
Xatırladaq ki, Tramp hələ iyunun 17-də ICE nümayəndələrinin artıq növbəti həftədə "milyonlarla” qeyri-leqal miqrantın deportasiyasına hazırlaşdığını bildirmişdi. Miqrasiya xidməti əməkdaşının sözlərinə görə, yerli bölmələrdəki agentlər deportasiyanın həyata keçirilməsi qaydalarına dair təlimat keçirlər. Qarışıq miqrasiya statusuna malik olan ailələr üçün (yəni, məsələn valideyn qeyri-leqal, uşaq isə ABŞ vətəndaşı olduğu halda) hazırlıq tədbirləri də nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər