• şənbə, 20 Aprel, 12:53
  • Baku Bakı 23°C

Tramp Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək

31.08.19 11:00 1345
Tramp Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək
ABŞ prezidenti Donald Tramp Almaniya Federal Respublikasının kansleri Angela Merkelin dəvəti ilə bu ölkəyə səfər edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
D.Tramp bildirib: "Mən Polşaya daha sonra yollanacağam. Bizim Polşa ilə gözəl münasibətlərimiz var. Biz oraya yollacağıq. Angela Merkel məni Almaniyaya səfər etməyə dəvət edib. Hansısa mərhələdə biz bu səfəri hazırlayacağıq".
Qeyd edək ki, D.Tramp Polşaya 1-2 sentyabr tarixlərində yollanmalı idi. ABŞ prezidenti ölkəyə yaxınlaşan qasırğa səbəbindən səfəri təxirə salıb.
banner

Oxşar Xəbərlər