• cümə, 26 Aprel, 04:52
  • Baku Bakı 16°C

Tramp Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb

13.04.19 10:45 328
Tramp Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantlarla mübarizə aparmaq üçün ölkəsinin Meksika ilə sərhədinə əlavə hərbi kontingent göndərmək niyyətində olduğunu bildirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti öz planlarını jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Qanunsuz miqrasiya ilə mübarizə haqqında suala cavabında D.Tramp qeyd edib: "Biz sərhədə daha çox qoşun göndərəcəyik". Lakin o, əlavə kontingentin sayının nə qədər olduğunu açıqlamayıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bildirib ki, Pentaqon cənub sərhədinə əlavə qüvvələrin göndərilməsi haqqında sorğu almayıb.

banner

Oxşar Xəbərlər