Tramp Londonda baş verən terror aktların araşdırılmasında öz yardımını təklif edib
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meyə Londonda baş verən silsilə terror aktların araşdırılmasında öz yardımını təklif edib.
Trend-in məlumatına görə, bu barədə Tramp baş nazir ilə telefon danışığı zamanı bildirib.
Qeyd edək ki, iyunun 4-də baş verən terror aktlarında 6 nəfər ölüb, 30 nəfər isə yaralanıb.