• cümə axşamı, 18 aprel, 23:26
  • Baku Bakı 21°C

Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib

24.09.17 12:15 696
Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib
ABŞ prezidenti Donald Tramp KXDR-in XİN rəhbərininBMT-nin Baş Assamleyasındakı çıxışını şərh edib.
"Report" "RT"yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb.
"KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını yenicə eşitdim. Əgər o kiçik "raket-adam"ın (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red) fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək", - deyə o yazıb.
Daha əvvəl KXDR-in XİN rəhbəri Li Yon Ho Trampı ağlı başında olmayan psixi xəstə adlandırıb.
Sentyabrın 23-də Pentaqon ABŞ-ın hərbi təyyarələrinin KXDR sahillərində uçuşunu bəyan edib.
banner

Oxşar Xəbərlər