• cümə axşamı, 28 mart, 14:34
  • Baku Bakı 16°C

Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir

08.06.18 09:45 441
Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir. İyunun 12-də keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib.
"Sualınızın ikinci hissəsinə cavab "bəli”dir, amma danışıqlar yaxşı keçərsə. Düşünürəm, danışıqlar yaxşı keçə bilər”, - deyə Tramp cavabında bildirib.
O əlavə edib ki, Kim Çen In ABŞ-a səfər edərsə, danışıqlar Ağ Evdə aparılacaq.
Qeyd edək ki, ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək.
banner

Oxşar Xəbərlər