• şənbə, 20 Aprel, 17:59
  • Baku Bakı 23°C

Tramp: “Çin KXDR probleminin həlli üçün heç nə etmir”

30.07.17 09:45 1481
Tramp: “Çin KXDR probleminin həlli üçün heç nə etmir”
Çin Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı fəal tədbirlər görmür.
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Tvitter” səhifəsində yazıb.
"Çinin siyasətindən olduqca məyus olmuşam. Əvvəlki liderlərimiz onlara ikitərəfli ticarətdə yüz milyardlarla dollar qazanmağa imkan verib. Ancaq Çin rəhbərləri bizim üçün heç nə etmirlər, yalnız vədlər verirlər. Daha imkan verməyəcəyik ki, bu davam etsin. Çin asanlıqla bu problemi həll edə bilərdi”, D.Tramp qeyd edib.
Qeyd edək ki, D.Tramp apreldə Çin lideri Si Tszinpin ilə görüşündən sonra onunla yaxşı münasibətlər qura bildiyini bəyan etmişdi. Çin Xalq Respublikasının sədri, öz növbəsində, Şimali Koreya ətrafında vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırmışdı.
banner

Oxşar Xəbərlər