• şənbə, 20 Aprel, 16:22
  • Baku Bakı 23°C

Tramp: Çin ABŞ ilə yeni ticarət razılaşması imzalayacaq

06.06.19 10:15 673
Tramp: Çin ABŞ ilə yeni ticarət razılaşması imzalayacaq
Çin ABŞ ilə yeni ticarət razılaşması imzalayacaq.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Leo Vardakar ilə görüş zamanı jurnalistlərə deyib.
D.Tramp bildirib: "Çinə gəldikdə, Çin razılaşmaq istəyir, mən buna qəti şübhə etmirəm. Bütün siqnallar onların bunu istədiyini göstərir. Bu, düzgün bir zamanda baş verəcək. Hazırda isə onlar Birləşmiş Ştatlara milyardlarla dollar ödəyirlər".
ABŞ prezidenti qeyd edib ki, onun ölkəsi daha əvvəl heç vaxt Çindən belə məbləğdə rüsumlar almayıb: "Biz hələ heç başlamamışıq (red. - Çin mallarına yüksək rüsum tətbiq etməyə). Hazırda olan rüsümlar bizim danışdığımız rəqəmlərlə müqayisədə çox azdır".
banner

Oxşar Xəbərlər