• cümə, 29 Mart, 03:37
  • Baku Bakı 7°C

Tramp Hindistan və Pakistana çağırış edib

17.08.19 12:47 826
Tramp Hindistan və Pakistana çağırış edib
ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistana Kəşmir ətrafında yaranan gərginliyi danışıqlar yolu ilə həll etməyə çağırıb.
Report "TASS”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Hoqan Hidli bildirib. O, qeyd edib ki, bu gün D.Tramp Pakistanın Baş naziri İmran Xanla bölgədəki vəziyyəti müzakirə edib.
Qeyd olunub ki, Amerika lideri Cammu və Kəşmir ştatı ətrafında yaranan problem daxil olmaqla Hindistan və Pakistan arasında gərginliyin dilaoq vasitəsilə həllinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Hindistan Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.

banner

Oxşar Xəbərlər