• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb

28.03.17 09:15 552
Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb
ABŞ prezidenti Donald Tramp Nümayəndə Palatasını Hilları KlintonunRusiya ilə əlaqələrini araşdırmağa çağırıb
APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı özünün "Tvitter” səhifəsində yazıb.
"Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Həmçinin Hillarininseçki qərargahının rəhbəri Con Podestanın Rusiya ilə əlaqələrini? Trampın Rusiya ilə əlaqəsi cəfəngiyatdır”, D.Tramp yazıb.
Xatırladaq ki, ötən il ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.
banner

Oxşar Xəbərlər