• cümə, 19 Aprel, 10:23
  • Baku Bakı 13°C

Tramp hərbi paradın təxirə salınmasında Vaşinqton rəhbərliyini ittiham edib

18.08.18 12:30 389
Tramp hərbi paradın təxirə salınmasında Vaşinqton rəhbərliyini ittiham edib
ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Vaşinqtonda keçirilməli olan hərbi paradın təxirə salınmasının səbəbini açıqlayıb.
"Report” xəbər verir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Böyük təntənəli hərbi paradın keçirilməsi xərcləri ilə bağlı onlara (Vaşinqton rəhbərliyi – red.) ünvanlanan suala cavab olaraq ortaya elə yüksək məbləğ qoydular ki, mən onu ləğv etdim", - deyə Tramp yazıb.
Prezidentin fikrincə, yerli administrasiya paradın keçirilməsi xərclərini qəsdən qaldırıb.
Şəhər meri Müriel Bouzer prezidentin dediklərinə cavab olaraq bildirib ki, tədbirin təşkili büdcəyə 21,6 milyon dollara başa gələrdi ki, bu da KİV-də səsləndirilən rəqəmdən 4 dəfə azdır.
banner

Oxşar Xəbərlər