• cümə axşamı, 25 aprel, 12:29
  • Baku Bakı 23°C

Tramp Ədliyyə naziri ilə bağlı ona verilən sualı cavablandırmaqdan imtina edib

04.12.20 09:45 360
Tramp Ədliyyə naziri ilə bağlı ona verilən sualı cavablandırmaqdan imtina edib
ABŞ-ın Ədliyyə naziri Uliam Barr Federal Təhqiqat Bürosu (FTB) ilə birlikdə seçkilərlə bağlı aparılan yoxlamalar zamanı heç bir saxtakarlığın aşkar edilmədiyini etiraf edib.
APATASS-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərin "Ədliyyə nazirinə güvənirsinizmi” sualını ABŞ Prezidenti Donald Trampa cavablandırmaqdan imtina edib.
O bildirib ki, bir neçə həftədən sonra ona bu barədə sual versinlər: Ədliyyə Nazirliyi bütün bu seçki saxtakarlığa nəzarət etməlidirlər. Bu, çox pis cinayət işidir”.

Tramp əlavə edib ki, U.Barr hələ də bir şey etməyib. Ağ Ev rəhbəri Ədliyyə Nazirliyinin fəaliyyətindən məyus olduğunu etiraf edib: "Seçki günü axşam saat 10-da hər kəs mənim üçün asan bir qələbə olduğunu söylədi. Mənə səs verən amerikalılara təşəkkür etdikdən sonra qəfildən səslər azalmağa başladı, möcüzə ilə yox oldu”.
Trampın seçki qərargahının üzvləri isə nazirin sözlərinin doğruluğunu şübhə altına alaraq belə bir yoxlamanın aparılmadığını açıqlayıblar.
banner

Oxşar Xəbərlər