• cümə, 29 Mart, 02:22
  • Baku Bakı 7°C

Tramp Davosda beynəlxalq problemləri müzakirə edəcək

24.01.18 12:10 893
Tramp Davosda beynəlxalq problemləri müzakirə edəcək
ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Şimali Koreya, İran, terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.
Trend-in məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.
H.Makmaste bildirib: "Prezident Davosdakı vaxtı bəzi milli təhlükəsizlik məsələlərini, o cümlədən Koreya yarımadasının denuklearizasiyası üzrə beynəlxalq səyləri, bizim İŞİD ilə mübarizə koalisiyamızı müzakirə etməyə sərf edəcək".
Onun sözlərinə görə, bundan əlavə Tramp İranın raket proqramını və bu ölkə ilə "nüvə sazişi qüsurlarını" müzakirə etmək niyyətindədir.
banner

Oxşar Xəbərlər