• şənbə, 20 Aprel, 12:54
  • Baku Bakı 23°C

Tramp Britaniyaya səfərini ləğv etdi: "Getməyəcəm və lenti kəsməyəcəm!"

12.01.18 12:00 546
Tramp Britaniyaya səfərini ləğv etdi: "Getməyəcəm və lenti kəsməyəcəm!"
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərini ləğv etdiyini bəyan edib.
Trend-in məlumatına görə, ABŞ prezidentinin fevralın sonunda Londonda səfirliyin yeni binasının açılışında iştirak etmək üçün Böyük Britaniyaya səfəri gözlənilirdi. KİV-lərdə onun bu səfəri ləğv edəcəyi barədə dəfələrlə məlumatlar yayılmışdı.
Nəhayət ki, D.Tramp "Twitter" səhifəsində qərarını açıqlayıb:"Bəli, Londona səfərimi ləğv etdim, çünki Obama Administrasiyasının qərarlarını dəstəkləmirəm. Onlar Londonda səfirliyin əvvəlki binasını qəpik-quruşa satdılar, sonradan ucqar bir yerdə 1,2 milyard dollara yeni bina tikdilər. Pis qərardır. İstəyirsiniz indi yeni səfirliyin lentini kəsim? Yox, etməyəcəm!"
banner

Oxşar Xəbərlər