• cümə, 19 Aprel, 02:06
  • Baku Bakı 18°C

Tramp bir sıra ABŞ KİV-ini "xalq düşməni" adlandırıb

18.02.17 09:40 824
Tramp bir sıra ABŞ KİV-ini "xalq düşməni" adlandırıb
ABŞ prezidenti Donald Tramp bir sıra KİV-i "xalq düşməni" adlandırıb.
APA-nın xəbərinə görə, o, bu barədə özünün "Tvitter” hesabında yazıb.
"The New York Times qəzeti, NBC, ABC, CBS, CNN telekanalları mənim deyil, Amerika xalqının düşmənləridir”, Tramp qeyd edib.
Bundan əvvəl Donald Tramp dəfələrlə KİV-ləri onun fəaliyyətini qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub, rüşvətxor adlandırıb.
"KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, - bu barədə Tramp ötən ilin oktyabrında Floridada tərəfdarları ilə seçkiqabağı görüşdə bildirmişdi.
banner

Oxşar Xəbərlər