• şənbə, 20 Aprel, 10:07
  • Baku Bakı 14°C

Tramp: “ABŞ İraq və Suriyada İŞİD üzərində qələbəyə nail olub”

13.12.17 09:20 1926
Tramp: “ABŞ İraq və Suriyada İŞİD üzərində qələbəyə nail olub”
ABŞ prezidenti Donald Tramp ölkəsininİraqvəSuriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olduğunu bəyan edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Ağ Evdə müdafiə büdcəsinin imzalanma mərasimində deyib.
"BizSuriyada,İraqda qələbə qazandıq, lakin terrorçular digər rayonlara yayılırlar. Lakin biz onları yayıldıqları qədər tez təqib edirik”, - deyə Tramp bildirib.
Bundan başqa, D.Tramp 4 əsas müddəanın əks olunacağı yeni milli təhlükəsizlik strategiyasının qəbul ediləcəyini vəd edib: Amerika xalqının qorunması, ABŞ-da rifahın artırılması, Amerika təsirinin genişləndirilməsi və sülhün güc vasitəsi ilə qorunub saxlanılması.
Qeyd edək ki, Rusiya prezidentiVladimir Putinötən gün RusiyanınSuriyadakı "Xmeymim” aviabazasına baş çəkərək, Rusiya ordusununSuriyadan çıxarılmasına dair əmr verib. V.Putin çıxışı zamanıSuriyavə Rusiya Silahlı Qüvvələrinin İŞİD üzərində qələbə qazandığını bəyan edib.
banner

Oxşar Xəbərlər