• cümə axşamı, 25 aprel, 18:44
  • Baku Bakı 21°C

Tramp: “ABŞ-ın yeni nüvə doktrinası nüvə silahlarından istifadə riskini azaltmağa yönəlib”

03.02.18 09:50 714
Tramp: “ABŞ-ın yeni nüvə doktrinası nüvə silahlarından istifadə riskini azaltmağa yönəlib”
ABŞ-ın yeni nüvə doktrinası nüvə silahından istifadə edilməsi ehtimalının azaldılmasını nəzərdə tutur.
APA-nın "RT”-yə istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Bu, ölkəmizə, tərəfdaşlarımıza və müttəfiqlərimizə qarşı həyata keçirilə biləcək strateji və qeyri-nüvə hücumlarının qarşısının alınmasını gücləndirir. Doktrina dünya təhlükəsizliyinin real qiymətləndirilməsi əsasında hazırlanıb, Yer kürəsində ən dağıdıcı silahların istifadəsinin qarşısının alınmasına yönəlib. Eyni zamanda strategiya ABŞ-ın nüvə silahlarının yayılmamasına dair öhdəliyini təsdiqləyir", deyə D.Tramp bildirib.
Bununla belə Tramp qeyd edib ki, sənəd əvvəlki prezidentlər tərəfindən uzun müddət təxirə salınan Amerika nüvə üçlüyünün (hərbi aviasiya, qitələrarası ballistik raketlər, sualtı qayıqlar) modernləşdirilməsini təsdiqləyir.
Fevralın 2-də Pentaqon ABŞ-ın nüvə doktrinasını açıqlayıb. Sənəddə ABŞ-ın nüvə silahlarının yayılmaması və nüvə silahlarının azaldılmasına sadiq olduğu vurğulanıb. Bundan əlavə, sənəddə Rusiya və Şimali Koreya tərəfindən edilən təhdidlərdən bəhs edilir.
banner

Oxşar Xəbərlər