• cümə, 19 Aprel, 10:40
  • Baku Bakı 13°C

Tramp ABŞ-da müəllimlərə silah verilməsini təklif edib

22.02.18 12:20 483
Tramp ABŞ-da müəllimlərə silah verilməsini təklif edib
ABŞ-da müəllimlər silahla təmin oluna bilər.
APA-nın "The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, belə bir təşəbbüslə ABŞ prezidenti Donald Tramp çıxış edib.
Bu yaxınlarda Florida ştatında silahlı insident yaşanan məktəbə gedən D. Tramp müəllimlərin silah verilməsinin vacibliyini vurğulayıb. O deyib ki, müəllimlərə silah gəzdirmək üçün imkan yaradılmalıdır.
Prezidentin sözlərinə görə, hakimiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirəcək.
"Şagirdləri xilas edən müəllimsilahlı olsaydı, daha çox uçaq xilas edə bilərdi, həm də özü sağ qalardı. Hadisəni törədən şəxs müəllimlərin silahlı olduğunu bilsəydi, bu cür addıma cəhd etməzdi”.
Xatırladaq ki, ABŞ-ın Parkland şəhərində (Florida ştatı) "Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o, daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib.
banner

Oxşar Xəbərlər