• şənbə, 20 Aprel, 13:05
  • Baku Bakı 23°C

TRACECA nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır

06.12.19 12:18 628
TRACECA nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır
Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır.
Trend-in məlumatına görə, bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikli Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.
Nazir bildirib ki, dəhlizin inkişafı çərçivəsində üzv ölkələr tərəfindən tariflərin eyniləşdirilməsi məsələsi çox vacibdir:
"Üzv ölkələr daşıyıcılar arasında əlaqələrin genişləndirilməsi məsələsinə də böyük diqqət ayırmalıdır”.
banner

Oxşar Xəbərlər