AZE | RUS | ENG |

TQDK sədri yeni təhsil naziri ilə görüşüb

TQDK sədri yeni təhsil naziri ilə görüşüb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu vaxta kimi dərsliklərin hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə mövcud olan müəyyən problemlərə aydınlıq gətirib. APA-nın xəbərinə görə, komissiya sədri bildirib ki, prezident İlham Əliyev tərəfindən dərsliklərin monitorinqinin aparılması TQDK-ya həvalə edilib: Monitorinq elmi əsaslarla aparıldıqda və dərsliklərdə problemlər aşkar olunduqda bunlar Təhsil Nazirliyinə bildirilməlidir. Bu istiqamətdə yeni nazirlə müzakirə aparmışıq. Biz uşaqların mövqeyini müdafiə edirik və hamımız istəyirik ki, dərsliklər keyfiyyətli, müasir olsun. Texniki cəhətdən düzəldilməsi mümkün olan səhvlər düzəldilməli, düzəldilməsi mümkün olmayanlar isə əlavə yollarla, yeni kitabçaların çapı və digər vasitələrlə aradan qaldırılmalıdır. Hər bir halda məsələyə individual yanaşmaq lazımdır. Bu məsələlər aradan götürülməlidir ki, yeni ilə hazırlanan dərsliklərdə bu səhvlər olmasın. Dərsliklərlə bağlı məsələlər daima diqqət mərkəzindədir və çalışacağıq ki, Azərbaycan vətəndaşları, şagirdləri yalnız keyfiyyətli dərsliklərlə işləsinlər”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311