• cümə, 29 Mart, 13:53
  • Baku Bakı 14°C

TQDK: 34 min abituriyent ixtisas seçimi edib

10.08.15 11:20 1217
TQDK: 34 min abituriyent ixtisas seçimi edib
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 11.05-ə olan məlumata görə 34 536 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.
Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
banner

Oxşar Xəbərlər