• cümə axşamı, 25 aprel, 04:39
  • Baku Bakı 19°C

“Toyota Prado” qəzaya uğradı: bir ailədən 3 yaralı

06.06.13 16:06 1440
“Toyota Prado” qəzaya uğradı: bir ailədən 3 yaralı
Bakı şəhərinin Səbail rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti 1 ünvanının qarşısında Yasamal rayon sakini, 1977-ci il təvəllüdlü Səfərov Fəxri Fəxrəddin oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobil, Xətai rayon sakini, 1982-ci il təvəllüdlü Qarayev Tuncay Etibar oğlunun sürdüyü “Mercedes”lə toqquşub.
Nəticədə “Prado”da olan sərnişinlər, sürücünün anası, 57 yaşlı Elza, həyat yoldaşı 31 yaşlı Ofeliya və qızı 6 yaşlı Güllü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar “Medi Club” xəstəxanasına yerləşdiriliblər.
Faktla əlaqədar Səbail RPİ-də araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər