AZE | RUS | ENG |

Toydan qayıdan müğənni yol qəzasında öldü

Toydan qayıdan müğənni yol qəzasında öldü
Jalə Abdullayeva "Mercedes" markalı avtomaşını yolun kənarındakı beton maneəyə vurub


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qobustan rayonunun Şıxzərli kəndi ərazisində, Gəncə şəhər sakini Jalə Abdullayeva "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Xəsarət alan sərnişini isə xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır. Yol qəzasında ölən qadın müğənni olub. Onlar Şamaxıdan toydan qayıdırmış.
Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla 25-30 yaşlı kişi vurulub. Nəticədə piyada hadisə yerində dünyasını əyişib.
Baş Dövlət Yol Polisi İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərifə Babayevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsin kimliyi müəyyənləşdirilib. Hadisəni törədən «VAZ-2107» markalı avtomaşının sürücüsü Sumqayıt şəhər sakini Rafiq Rəfiyev saxlanılıb.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Cavid Həsənovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Hyundai" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Şəhriyar Qurbanlı tərəfindən törədilməsi müəyyən edilib. C.Həsənov oktyabrın 16-da xəstəxanada dünyasını dəyişib.
Şəki rayonu ərazisində, rayon sakinləri Əmir Dəmirovun idarə etdiyi "VAZ-2101" və İlham Gülməmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan sərnişin Elmira Gülməmmədova xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Zaqatala rayonunun Muxax kəndi ərazisində, rayon sakinləri Mərdan Hacıxanovun idarə etdiyi "VAZ-2107" və Zəkəriyyə İsayevin idarə etdiyi "NİVA" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.İsayev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan M.Hacıxanov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.
Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Fikrət İsgəndərov vurulub. Xəsarət alan piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Mehman Hüseynov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hər bir faktla bağlı araşdırma aparılır.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056