Toyda qan töküldü: döydülər, sonra da bıçaqladılar

Toyda qan töküldü: döydülər, sonra da bıçaqladılar

Kriminal
19 Aprel 2013, 18:24 1148
Gəncə şəhər sakini toyda döyülərək bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü İntiqam Rzayev döş qəfəsindən daxilə keçən deşik yarası, üst dodaq və sağ əlin kəsilmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Xəstəxanadan bildiriblər ki, polis baş verənləri araşdıran zaman müəyyən edib ki, İ. Rzayev yaxınının toy şənliyində bıçaqlanıb.

Onun Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Rzayevlə şəxsi münasibətlər zəminində mübahisə etdiyi və döyülərək bıçaqlandığı müəyyənləşib.

Xəstəxanadan İ. Rzayevinin səhhətinin normal olduğu bildirilib.

Polis baş verənlərlə bağlı araşdırma aparır.