• cümə, 26 Aprel, 05:20
  • Baku Bakı 16°C

Toyda kütləvi dava: qan töküldü - Foto

26.09.13 14:36 2241
Toyda kütləvi dava: qan töküldü - Foto
Cəlilabad rayonunda gənclər arasında düşən kütləvi dava qanlı sonluqla nəticələnib. Anspress-in verdiyi məlumata görə, hadisə rayonun Əliqasımlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi zamanı baş verib.
Belə ki, 28 yaşlı Samiq Həbib oğlu Kərimov onunla eyni masada oturmuş şəxs tərfindən bıçaqlanıb. Cəlilabad rayon Polis Şöbəsində hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi, eləcə də onun istintaqa cəlb olunması istiqamətində əməliyyata başlanılıb. Hadisənin hansı səbəbdən baş verməsi də məhz araşdırmaların sonunda məlum olacaq.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məccələsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetimə) maddəsilə cinayət işi başlanıb.

banner

Oxşar Xəbərlər