• cümə, 19 Aprel, 16:59
  • Baku Bakı 25°C

Toyda iki nəfəri güllələdiər

30.08.13 08:37 1289
Toyda iki nəfəri güllələdiər
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayon mərkəzində yerləşən “Nərmin” Şadlıq Evinin qarşısında qeydə alınıb.
Toy mərasiminə qonaq qismində qatılan bir neçə nəfər arasında mübahisə düşüb. Sərxoş vəziyyətdə olan həmin şəxslər məclisi tərk edərək şadlıq evinin qarşısında mübahisələrini davam etdiriblər.
Nəticədə rayonun Qullar kənd sakini İbrahim Muqumov tapança ilə iki həmkəndlisini - 1978-ci il təvəllüdlü Səbuhi Ağaisa oğlu Rəhimov və 1976-cı il təvəllüdlü Müsənnif İsa oğlu Lahıcovu güllələyib. Hər iki şəxs ağır yaralı vəziyyətdə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən İ. Muqumov saxlanılıb.
Xəstəxanadan verilən məlumata görə, qarın boşluğundan güllə yaraları alan hər iki şəxsin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər