• cümə axşamı, 25 aprel, 12:28
  • Baku Bakı 23°C

Toy karvanında qəza bir nəfərin ölümü ilə nəticələnib

05.08.19 15:45 9885
Toy karvanında qəza bir nəfərin ölümü ilə nəticələnib
Avqustun 5-də Qubada toy karvanında avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "VAZ 2107” markalı minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində maşında olan sərnişin 1958-ci il təvəllüdlü Məmmədova Elmira Ədə qızı dünyasını dəyişib.
Püstəqasım kəndi ərazisində baş verən qəzada xəsarət alan digər sərnişinlər – Xaçmaz rayonunun Müzəffəroba kənd sakinləri, 1993-cü il təvəllüdlü Şəlalə Məmmədova və onu 6 yaşlı qızı Dilşad Məmmədova, həmçinin Quba rayonunun Timiryazev kənd sakini, 1980-ci il təvəllüdlü Gülnarə Quliyeva müxtəlif bədən xəsarətləri ilə Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər