• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

Tovuzda yük və minik avtomobilləri toqquşub

22.10.18 10:30 478
Tovuzda yük və minik avtomobilləri toqquşub
Tovuz rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Öysüzlü kəndində yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.
Daha sonra idarəetmədən çıxan yük maşını yol kənarındakı arxa düşüb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Hikmət Vaqif oğlu Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun idarə etdiyi avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər