• şənbə, 30 Mart, 03:47
  • Baku Bakı 11°C

Tovuzda qan töküldü

14.09.13 12:09 1250
Tovuzda qan töküldü
APA-nın məlumatına görə, Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, dünən axşam saatlarında Şamlıq kənd sakini 49 yaşlı Xalıqverdi Mustafayev oğlu ilə toydan qayıdan zaman hücuma məruz qalıb.
Kənd sakini, 39 yaşlı Şaiq Hüseynov keçmiş həyat yoldaşının xalası oğlu Xalıqverdi Mustafayevə yaxınlaşaraq üç bıçaq zərbəsi vurub. Çoxlu qan itirən X. Mustafayev Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O bu gün səhər orada ölüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən Ş. Hüseynovun saxlanması üçün tədbirlər görülür.
banner

Oxşar Xəbərlər