• çərşənbə axşamı, 16 aprel, 21:46
  • Baku Bakı 18°C

Tovuzda gizli nişan mərasimi təşkil edənlər cərimələnib

12.03.21 12:45 955
Tovuzda gizli nişan mərasimi təşkil edənlər cərimələnib
Tovuzda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundanAPA-ya verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə rayonun Bozalqanlı kəndində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. 9 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
banner

Oxşar Xəbərlər