• şənbə, 27 Aprel, 03:46
  • Baku Bakı 14°C

Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb

24.02.18 12:30 704
Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.

APA-nın qərb bürosunun məlumata görə, hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.

Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər