• cümə, 26 Aprel, 04:56
  • Baku Bakı 16°C

Tovuzda avtomobil traktora çırpılıb, 3 nəfər xəsarət alıb

26.01.17 16:53 1111
Tovuzda avtomobil traktora çırpılıb, 3 nəfər xəsarət alıb
Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Böyük Qışlaq kəndinə gedən yolun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ 21099” markalı avtomobilin traktora çırpılması nəticəsində avtomobildə 3 nəfər - Əsrik kənd sakinləri, 1968-ci il təvəllüdlü Şəhla Tağıyeva, onun oğlu 1990-cı il təvəllüdlü Elnur Tağıyev və 1992-ci il təvəllüdlü Rasim Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər