Tovuz sakinini yük avtomobili vuraraq öldürüb
Tovuz rayonAğdamkənd sakini Hacıyev İsmixan İdoş oğlunun ölümünün təfərrüatıməlum olub.
APA-nın Qərb bürosunun məlumatına görə, bu günAğdamkəndində Tovuz çayında ot yüklü "Zil" markalı yük maşını batıb.
İ. Hacıyev də yük maşınının çaydan çıxmasına kömək edib. Bu zaman anidən yük maşını hərəkət edib və İ. Hacıyev yük maşınının təkərləri altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.