• cümə axşamı, 28 mart, 23:24
  • Baku Bakı 13°C

Tovuz döyüşlərindən bəhs edən sənədli film çəkilib - Video

15.04.21 15:45 884
Tovuz döyüşlərindən bəhs edən sənədli film çəkilib - Video
Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır” adlı layihə çərçivəsində sənədli film çəkilib.
Kaspi.az xəbər verir ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkilən sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində Respublika sərhədlərimizin Tovuz istiqamətində erməni silahli qüvvələri tərəfindən törədilən təxribatdan, bu təxribatın qarşısının alınmasından və baş verən döyüşlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmənə layiqli cavab verən şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs olunur. Bununla yanaşı, Tovuz döyüşlərində şəhid olmuş qəhrəmanlarımız haqqında, həmin dövrdə xalqımızın göstərmiş olduğu birlik, bərabərlik haqqında da geniş məlumat verilir.
Sənədli filmin layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, ssenari yazarı tanınmış şair-publisit Əkbər Qoşalı, rejissoru Rövşən Danyeridir.
Tanınmış hərbi ekspertlərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin fikirlərinin yer aldığı sənədli filmi təqdim edirik.
banner

Oxşar Xəbərlər