• cümə axşamı, 25 aprel, 07:34
  • Baku Bakı 14°C

“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun 3-cü mərhələsi başlayıb

06.05.16 10:45 1338
“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun 3-cü mərhələsi başlayıb
Mayın 6-da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016” veloyürüşün üçüncü mərhələsi start götürüb.
AZƏRTACxəbər verir ki, bu mərhələdə iştirakçılar yarışa Qəbələ Şəhər İcra Hakimiyyətinin qarşısından başlayıblar. Onlar Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər. Velosipedçilər həmin gün 177,2 kilometr məsafə qət etdikdən sonra başlanğıc nöqtədə mərhələni başa vuracaqlar.
Xatırladaq ki, ikinci günün nəticəsi olaraq Velosiped üzrə Azərbaycanın elit yığmasının və "Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi "Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 kilometr məsafəni hamıdan tez qət edib.
Məlumat üçün qeyd edək ki, turda 19 ölkədən 21 komanda iştirak edir. İştirakçılar 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.
banner

Oxşar Xəbərlər