• şənbə, 20 Aprel, 17:23
  • Baku Bakı 23°C

«Total» və «Statoil» şirkətləri TANAP-dan imtina edib

24.12.13 10:34 1381
«Total» və «Statoil» şirkətləri TANAP-dan imtina edib
APA-nın «OilPrice» saytına istinadən verdiyi məlumata görə, buna səbəb layihənin ümumi dəyərinin bahalaşması olub.
İlkin olaraq «Statoil» layihədə 12%, «Total» isə 5% həcmində iştirak payı almağı planlaşdırsa da, TANAP-ın dəyərinin yüksəlməsindən sonra, bu şirkətlər layihədə iştirak etmək marağında olmadıqlarını bildirib.
Bununla da, adıçəkilən şirkətlərin almaq istədiyi səhmlərin Azərbaycan Dövlət Neft Şirkəti, BP, həmçinin Türkiyənin TPAO və «BOTAŞ» şirkətləri arasında bölünəcək. Nəticədə, Türkiyə tərəfi TANAP-dakı iştirak payını daha da artırmaq imkanı qazanıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə iştirak payını 20%-dən 30%-dək artırmaq niyyətində olduğunu açıqlayıb.
Hazırda TANAP layihəsində ARDNŞ-in payı 80%, Türkiyənin payı isə 20%-dir. Lakin Azərbaycan öz payından 29%-i BP (12%), «Statoil» (12%) və «Total» (5%) şirkətlərinə təqdim etmək niyyətində olub.
Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2014-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir, həmin vaxt kəmərin illik nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.
banner

Oxşar Xəbərlər