• cümə axşamı, 18 aprel, 08:08
  • Baku Bakı 12°C

“Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb

02.02.19 09:07 598
“Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb
Şirvan şəhərində "Tosu” ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.
"Report”un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis şöbəsinin (PŞ) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, kriminal aləmdə"Tosu” ləqəbi ilə tanınanQaçayev Toğrul Rafət oğluşübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan36,069 qram heroin,4,811 qram tiryəkvə5,172 qram psixotrop maddə olan metamfetaminaşkar edilərək götürülüb.
Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan4000 ABŞ dollarıvə4900 manataşkar edilrərk müsadirə edilib.
Onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb və barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər