• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

Toğrul Türkeş: “Biz Türkiyənin təhlükəsizliyini təmin etmək istəyirik, bunu İbadi də, digərləri də anlamalıdır”

21.10.16 10:58 1829
Toğrul Türkeş: “Biz Türkiyənin təhlükəsizliyini təmin etmək istəyirik, bunu İbadi də, digərləri də anlamalıdır”
Türkiyə baş nazirinin müavini Toğrul TürkeşinAPA-ya müsahibəsi
-Keçən həftə keçirilən XXIII Dünya Enerji Konqresində Türkiyə həm Rusiya ilə "Türk axını” sazişini imzaladı, həm də İsraildən təbii qaz almaq üçün müzakirələr apardı. İqtisadi prosesləri geostrategiya və geosiyasət sahələrində nə dərəcədə əks etdirə biləcəksiniz?
- Hər əsrin əvvəlində o əsrin hegemon qüvvələri əsri öz arzu və düşüncələrinə görə formalaşdırmaq istəyir. Regional qarmaqarışıqların meydana gəlməsinin səbəbi budur. Biz bu qarmaqarışıqlığın Türkiyəyə və bölgə ölkələrinə çox təsir göstərməməsini diləyirik, arzu edirik, siyasətimizi də ona görə yürüdürük.
-Son aylar yeritdiyiniz siyasətlə İraqda Kərkükün və ya Qərb mətbuatının iddia etdiyi kimi, Telafərin yenidən Türkiyənin "qırmızı xətti” halına gəlməsi mümkündürmü?
- Vallah, o boyama qələmlərindən mən anlamıram. Amma bir şey var: Türkiyənin 1358 kilometrlik sərhəd xəttinin o tərəfində dövlət yoxdur, səlahiyyətli nümayəndə yoxdur, danışmağa adam yoxdur. Belə olduğu müddətcə türk dövləti öz təhlükəsizliyini təmin etməyi özünün 80 milyon vətəndaşının baxımından gərəkli görür. Bunun başa düşülməsi lazımdır. Orada insanların bir qismi düşmənçiliklə bağlı danışır, bir qismi öz mənafeyi ilə bağlı danışır. Ancaq onların anlamadığı şey Türkiyənin 1358 kilometrlik sərhədinin altında dövlət, səlahiyyətli nümayəndə və adamın olmamasıdır. Mən öz sərhədlərimin təhlükəsizliyini təmin etmək məcburiyyətindəyəm. Mənim dostum da, strateji ortağım da, müttəfiqim də, İbadi də bunu anlamaq məcburiyyətindədir. İbadi oranın təhlükəsizliyini təmin edərsə, bizim üçün bir problem yoxdur. Yəni burada cizgi, qələm-mələmdən söhbət getmir. Məsələ Türkiyənin təhlükəsizliyidir və bunun təmin edilməsi lazımdır.
-Rusiya ilə yaxınlaşma çərçivəsində və Qərblə razılaşmalar nəticəsində Türkiyə Qaziantepin o tərəfində bəzi önəmli əməliyyatlar keçirərək "cihadçılar” üçün "müqəddəs yer” olan Dabıkı terrorçulardan xilas etdi. Hələbin taleyi ilə bağlı gələcəkdə Rusiya ilə əməkdaşlıq edə bilərsinizmi?
- Br az əvvəl dediyim məsələdir. Yəni, burada söhbət Suriyaya girməkdən və s. getmir. Hal-hazırda Dabıkda və o ətrafda 400 mindən çox insan ağac kölgəsində yaşayır, 400 min. Yəni, düşərgədə yaşamırlar. Hər hansı bir yardım təşkilatının dəstəyi də yoxdur, müxtəlif yerlərdə ağac kölgəsində yaşayırlar. Bu insanların təhlükəsizliyi, öz bölgələrinə dönmələri və ən önəmlisi də, yeni bir köç dalğasının Türkiyəyə yönəlmiş olmaması lazımdır. Biz bunların qarşısını almağa çalışırıq. Yəni, Rusiya, ABŞ, AzadSuriyaOrdusu,Suriyadövləti, "İraq-Şam İslam Dövləti”, bunların hamısı Türkiyənin ən əsas məsələsinin onun təhlükəsizliyi olduğunu hər şeydən əvvəl anlamalıdırlar. Niyə AzadSuriyaOrdusuna dəstək veririk? Türkiyənin təhlükəsizliyi üçün. Niyə o biri tərəfə baxırıq? Yenə Türkiyənin təhlükəsizliyi üçün. Məsələ bundan ibarətdir.
banner

Oxşar Xəbərlər